milavitsa.az - Milavitsa Azərbaycan - Rəsmi Distribyutor - Tez-tez Verilən Suallar

Belin ölçüsü: Metrəni sinənizin altından birləşdirin. Bustqalterin bel kəməri necə sıx olmalıdırsa, metrə ilə də o cür sıx olmalıdır. Ölçünü dəqiq bilmək üçün bu işdə sizə kimsə kömək etsə daha yaxşı olar. Sinə dairəsi(çaşqa): Sizə ən rahat olan bustqalterinizi geyinin (push-up olmamalıdır). Metrə ilə sinəni ölçün, bunu metrəni çox sıxmadan edin. Aldığınız rəqəmləri yuvarlaqlaşdırmaq və ölçünü almaq lazımdır. Sinə altında aldığınız rəqəm belin ölçüsünü, sinə üstündə aldığınız rəqəm isə çaşqanın ölçüsünü bildirir. Məsələn: Bel ölçüsü 78-82olarsa, o zaman 80, 93-97olarsa 95 ölçünü seçirsiniz və çaşqanın ölçüsünü öyrənmək üçün sinə ölçüsündən bel ölçüsünü çıxmaq lazımdır. AA-10-11, A-12-13,B-14-15 və.s. Ancaq, unutmayın ki, hər istehsalçının müxtəlif ölçü cədvəli ola bilər. Belə ki, geyinib baxmaq üçün siz paralel ölçüləri də seçə bilərsiniz.Bu zaman ölçünüzü tam dəqiq biləcəksiniz.

Sizin vücudunuza uyğun olan modeli tapmaqda sizə kömək olacaq 3 nüansı qeyd edirik: ✔️Enli çiyin bağı: ensiz çiyin bağı isə ölçüsü böyük olan sinəni yaxşı saxlamayacaq və çiyni kəsəcək. ✔️Birləşdirici qarmaqlar və enli bel kəməri: böyük ölçülü sinə üçün 3-4qarmaqlı və enli bel kəməri məsləhət görülür. ✔️T-formalı kəsimli çaşqalar: böyük sinə üçün ideal seçimdir. Bu kəsim sinəni yaymır və dik saxlayır. İdeal görünüş meydana gəlir.